Ermənilərin növbəti təxribatı-VƏ VƏHŞİLİYİ…- FOTOLAR

Ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi arasında itki və yaralılar var

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

Etikxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. 

Bu kəndlərdə onlarla ev ciddi ziyan görüb.

Öz şəxsi mülkiyyətində yaşayan insanlar yaralanıb və həlak olub (APA).

4 / 4

Etikxeber.az

Read Previous

“Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var”-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur”-MÜDAFİƏ NAZİRLİYİNDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir