Ermənini məğlub edən boksçumuz Avropa birinciliyində bürünc medal qazandı – FOTO

Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb.

Etikxeber.az xəbər verir ki, Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Faiq Məmmədov  mətbuata açıqlamasında bildirib ki, yarışda Azərbaycanı təmsil edən idmançılardan ikisi – Murad Allahverdiyev və Elşən Cəbizadə Tərtər rayonundandır. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyi sentyabrın 28-də başa çatacaq. Yarışa ölkəmizdən baş məşqçi Vaqif Kazımov və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə 13 idmançı qatılıb.

Etikxeber.az

Read Previous

30-dan çox adamı öldürərək yeyən ər-arvad tutuldu – RUSIYADA – FOTO

Read Next

Bəxtiyar Vahabzadənin kürəkəni dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir