Ermənistan ərazisindən axıdılan çirkab suları Kürdə biogen maddələrin miqdarını artırıb – Nazirlik

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Kür çayında su sərfi oktyabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 67 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4,2, Ağstafaçayda 3,9, Ağstafaçay su anbarında isə 3,4 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2,8, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 2 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.

Etikxeber.az

Read Previous

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişir…

Read Next

Mərc oyunlarına pul yatıran baş məşqçi ağır cəzalandırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir