Ermənistan dövlət sərhədində atəşkəs rejimini növbəti dəfə-POZDU – TƏRTƏR, AĞDAM VƏ AĞCABƏDİ YENİDƏN ATƏŞ ALTINDA – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

08:59

***

Düşmən yaşayış məntəqələrimizi atəşə tutub.

MN-dən qeyd edilib ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

“Düşmənin növbəti hərbi kolonu məhv edilib”-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI

Read Next

Qarabağ həqiqətləri – 1992-2020″ adlı videolayihə-HAZIRLANDI – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir