“Ermənistan ordusunda baş verən qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur”-MÜDAFİƏ NAZİRLİYİ

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən Etikxeber.az-a bildirilib ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır.

“Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb. Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur” – deyə, məlumatda qeyd olunub.

Etikxeber.az

Read Previous

“Mətbuatda yazıblar ki, guya Rövşən Əkbərovu qaçırmışam və diplomatik toxunulmazlıq istəmişəm…Belə hal olmayıb… Arzulamazdım ki, Milli Qəhrəman ölümdə günahlandırılsın”-NAZİM İBRAHİMOV RÖVŞƏN ƏKBƏROVUN MƏHKƏMƏSİNDƏ İFADƏ VERDİ

Read Next

Daha 3845 yeni yoluxma-DAHA 41 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir