Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi, uzunmüddətli atəş nöqtəsi darmadağın edilib, Naxçıvan istiqamətində də düşmənin hərbi nəqliyyat vasitəsi məhv olunub – VİDEO – MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (1) – VİDEO

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Etikxeber.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

***

Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutan düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerlə yeksan edilib.

Bu barədə də Müdafiə Nazirliyindən bildirilib. 

09:50

***

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması  halları müşahidə olunur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.

Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.

https://www.youtube.com/watch?v=l14EU6se-hk&feature=emb_logo

Etikxeber.az

Read Previous

“Biz nə istəyirik və nə etməliyik?-MUSA URUD YAZIR

Read Next

“Şəhid generalımızın özü yox idi, amma izi oradaydı, evindəydi…Özü yox idi, amma əmələri, ruhu orada-evində idi…”-JALƏ ƏLİYEVA – 7 MİLLƏT VƏKİLİ ŞƏHİD POLAD HƏŞİMOVUN AİLƏSİNİ ZİYARƏT ETDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir