İtki verən düşmən geri otuzdurulub, Azərbaycanın 2 hərbçisi şəhid olub, 5 nəfər yaralanıb-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB – (1)

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz istiqamətində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Hər iki tərəfdən itki var.

16:59

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

17:39

***

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi yönündə yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Etikxeber.az

Read Previous

Daha 520 yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

“Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir: Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir