Ermənistandan axıdılan çirkab suları Kür çayında biogen maddələrin miqdarını artırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə oktyabr ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Kür çayında su sərfi sentyabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 19 kubmetr artıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3,5, Ağstafaçayda 3,3, Ağstafaçay su anbarında isə 3,2 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2,8, Birinci Şahsevəndə 2,5, Bəhramtəpədə isə 2,4 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.

Etikxeber.az

Read Previous

Müdafiə naziri müdafiənin ön xəttində yerləşən bölmələrdə olub

Read Next

Şəki bazarı yandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir