“Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik…”-HİKMƏT HACIYEV

Xankəndinin bombalanması barədə Ermənistan tərəfinin iddiaları yalandır və böhtandır. Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O, bildirib ki, hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir:

“Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir. Gəncə şəhərinə atdıqları raketdən  sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər”.

H. Hacıyev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcək:

“Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik”.

Etikxeber.az

Read Previous

“Xankəndi və Xocavəndin artilleriya atəşinə tutulması barədə məlumat yalandır… Azərbaycan PUA-ları Ermənistan üzərində uçuşlar həyata keçirmir…”-MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (2)

Read Next

Bayramov əvvəlcə Pompeo, sonra Obrayn ilə-BİR ARAYA GƏLDİ – YENİLƏNİB – (1) – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir