Ermənistanın regionda təcridi getdikcə daha da dərinləşməkdədir – YAP RƏSMİSİ

Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli – prinsipial mövqeyini, diplomatik müstəvidə çoxşaxəli fəaliyyətini davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu fikirləri baş nazirin müavini, YAP sədrinin müavini və icra katibi Əli Əhmədov deyib.

“Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz göstəricisidir”-deyən, vitse-premyerin sözlərinə görə, ölkə prezidenti və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyin, eləcə də dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının yekun bəyanatında ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəyin və münaqişənin bəhs olunan prinsiplər əsasında həllinə çağırış xarakterli konkret mövqeyin ifadə olunması mühüm əhəmiyyətə malikdir.

O, qeyd edib ki, işğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti getdikcə daha da dərinləşməkdədir.

“Eyni zamanda, olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalan işğalçı Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Şübhəsiz ki, Ermənistanın yeganə çıxış yolu işğal siyasətinə son qoyması və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasıdır.

Azərbaycan bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz prinsipial mövqeyini işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə qədər davam etdirəcək. Azərbaycanın bu gün işğal altında olan hər qarış torpağı azad ediləcək. Azərbaycanın bu ədalətli və qəti mövqeyinin arxasında isə onun hərbi qüdrəti dayanır.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş əzəmətli hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Naxçıvanda 11 min hektara yaxın ərazinin və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi”-deyə, Ə. Əhmədov əlavə edib.

Etikxeber.az

Read Previous

Modriç “Real”la yeni müqavilə imzalamaqdan imtina etdi…

Read Next

“Özümü xoşbəxt sayıram ki…”- DEPUTAT MEDALLA TƏLTİF OLUNDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir