“Ermənistanın sərhəddə törətdiyi son təxribat zamanı biz bir daha bunun şahidi olduq…”-MİLLƏT VƏKİLİ MEDİA ƏHLİNİ TƏBRİK ETDİ

22 iyul Milli Mətbuat günü münasibətilə bütün jurnalist dostlarımızı təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayıram! Ölkəmizin ictimai-siyasi həyatında medianın rolu əvəzsizdir. İnsanların maarifləndirilməsi və məlumatlandırılması, cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov dilə gətirib.

Qeyd edib ki, qısa vaxtda böyük yol keçən Azərbaycan mediası dövlətin davamlı qayğı və dəstəyi sayəsində daha da möhkəmlənir, inkişaf edir, yeni uğurlara imza atır.

“Azərbaycan jurnalistlərinin bir çox üstünlüklərini qeyd etmək olar. Lakin fikrimcə, bunlardan ən mühümü media nümayəndələrimizin yüksək vətənpərvərliyidir. Ermənistanın sərhəddə törətdiyi son təxribat zamanı biz bir daha bunun şahidi olduq. Bayramınız mübarək əziz jurnalistlər! Azərbaycan mətbuatının 145 illiyi münasibətilə hər birinizi təbrik edirəm!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili fəaliyyət dövrünə dair hesabat təqdim etdi-NƏ İŞLƏR GÖRDÜYÜNÜ AÇIQLADI…

Read Next

“Açığı hələ də böyük əksəriyyətinizin əmək haqqına, iş şəraitinizə digər peşə sahiblərinin çoxu davam gətirə bilməz…”-MİLLƏT VƏKİLİ BİR ZAMANLAR ÖZÜNÜN DƏ JURNALİSTİKA İLƏ MƏŞĞUL OLDUĞUNU XATIRLATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir