“Ermənistan”ın sahibinin oğlunun “Hummer” qudurğanlığı – VİDEO

Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində “Ermənistan” restoranının sahibinin oğlu “Hummer” avtomobili ilə küçələri bir-birinə qatıb.

Etikxeber.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, bu barədə Ukrayna KİV-ləri xəbər yayıb.

Xəbər verilir ki, erməni avtoxuliqan əvvəlcə işıqforun qırmızı işığında keçib və patrul polisinin dayanmaq barədə tələbinə məhəl qoymayıb. Nəticədə polislər onu qovmağa başlayıblar.

“Hummer”in arxasınca bir neçə polis maşını düşüb. Hollivud filmlərinin süjetini xatırladan qovma əməliyyatı zamanı polis maşınlarından biri idarəetməni itirirərək səkiyə çıxıb və piyada qızı vurub. “Hummer”in sürücüsü də avtomobili səkiyə çıxarıb və iki piyadanı vuraraq onlar xəsarət yetirib.

Daha sonra Kremençuqdan çıxıb və qovma əməliyyatı Pesçanoe kəndində davam edib. “Hummer”in sürücüsü onu dayandırmağa çalışan polis maşınından yayınmaq üçün “Audi” avtomobili ilə tarana gedib, sonra maşındakı sərnişini düşürüb və maşını çöllüyə sürüb.

Ardınca maşından düşərək polislərin təqibindən piyada qaçmağa başlayıb. Polislər əvvəlcə sərnişini saxlayıb polis bölməsinə aparıblar.

Daha sonra “Hummer”in sürücüsünü də yaxalandığı haqda məlumat verilib. Qovma əməliyyatı zamanı ikisi polis maşını olmaqla üç maşın əzilib.

Etikxeber.az

Read Previous

“Siqaretdən imtina edənlərin sayının artmasına nail olmalıyıq” – DEPUTAT

Read Next

Azərbaycanlı ordinari Roma Papasından Qafqaz üçün nə xahiş etdi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir