“Ermənistanla həmsərhəd olan ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə baxılsın”- ARZU NAĞIYEV

Gədəbəy zonasında təxminən 300 nəfərə, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Arzu Nağıyev deyib.

A. Nağıyev bildirib ki, bu şəxslərin müharibədə iştirak etməsinə baxmayaraq, müəyyən səbəblərdən onlara veteran statusunun verilməsi məsələsi həllini tapmayıb: “Həmin şəxslərə məsələnin həllində yardım göstərilməsi vacib olardı. Təxmini hesablamalara görə, Azərbaycanda 80 minə yaxın veteran 80 manat məbləğində müavinət alır”.

A. Nağıyev qeyd edib ki, həm Tovuzda, həm də Gədəbəydə bəzi torpaq sahələri Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı atəşə tutulur.

“Bu səbəbdən insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“BƏZİ ŞOU APARICLARI ÖZLƏRİNİ SƏHİYYƏ NAZİRİ KİMİ APARIRLAR…” – Musa Urud

Read Next

Beynəlxalq münasibətlər komitəsinin iclası-SEYİDOV KOMİTƏ ÜZVLƏRİNİ FƏALLIĞA ÇAĞIRDI, MOLLAZADƏ SƏFİRLƏRLƏ GÖRÜŞLƏRİN, MUSABƏYOV QAPALI DİNLƏMƏNİN KEÇİRİLMƏSİNİ TƏKLİF ETDİ, RÜSTƏMXANLI BƏZİ SƏFİRLƏRDƏN ŞİKAYƏTLƏNDİ – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir