“Ermənilər oyun oynayırlar…” – ASƏF HACIYEV

Asəf Hacıyev yunanların və ermənilərin Bakıya gəlməməsinə münasibət bildirdi

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasını yüksək səviyyədə təşkil etdi, 12 ölkədən 10 ölkə tədbirdə iştirak edirdi. 

Etikxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf Hacıyev bildirib.

A.Hacıyev Yunanıstan və Ermənistanın QDİƏT PM-in 53-cü Baş Assambleyasında iştirak etməməsinə də münasibət bildirib. O, qeyd edib ki,  Yunanıstanda parlament seçkiləri keçirilir,  artıq Yunanıstan parlamenti buraxılıb, ona görə də bu Assambleyada Yunanıstan nümayəndə heyəti iştirak etmədi.

“Ermənistan nümayəndə heyəti isə həmişə olduğu kimi, öncədən dəfələrlə bizdən qarantiya, təhlükəsizlik məktubları istədi. Həmin məktub da onlara verildi. Qurumun Beynəlxalq Katibliyində Ermənistanın nümayəndəsi var, o da tədbirdə iştirak etdi. Azərbaycan bir daha dünyaya göstərdi ki, Azərbaycanda hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır. Ermənistan hər zaman həmişə olduğu kimi, əvvəlcə zəmanət məktubu istəyir, düşünürlər ki, biz onlara məktub verməyəcəyik, dünyaya səs salacaqlar. Bundan əvvəl Bakıda keçirilmiş Assambleyada da dəfələrlə məktub istədilər, məktub göndərildi, sonra da dedilər ki, məktub göndərilməyib. Biz onlara isbat etdik ki, məktub göndərilib və onlar da təsdiqləyib. Ondan sonra Ermənistan nümayəndə heyəti təsdiqlədi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi bir məsələdir. Ermənilər oyun oynayırlar”-deyə, A. Hacıyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Asəf Hacıyevdən və Eldar Quliyevdən gürcülər və girovlarla bağlı – AÇIQLAMALAR

Read Next

“Ramil Usubov, Vilayət Eyvazov, Mədət Quliyev və Əli Nağıyev…” – VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir