“Eşələnin…”-FAZİL MUSTAFA ƏVVƏLKİ MÖVQEYİNDƏ QALDI

Yeni Yasamalda baş verən hadisə əlbəttə üzücü və travmatik idi.

Bununla belə başına zibil atılmış polis qardaşlarımızdan bir neçəsinin öz əsəbi davranışları ilə vətəndaşa tətbiq etdikləri zorakılığın faturasını aylardır çilə çəkən, evində rahat gecələməyən, küçələrdə, yolarda həyati risqlə üz-üzə qalan bütün polislərimizə qarşı çirkab kampaniyasına çevirərək dövlətin sütünlarını sarsıtmağa çalışan qaragüruh sürüsünə aldırmadan dövlət başçısına öz təşəkkürü ilə cavab verdi və qaragüruhun spekulyasına yer qoymadı

. Dövlət öz üzərinə düşəni etdi və qanunu pozanları cəzalandırdı.

Bəli, Azərbaycan polisi ideal deyil, qanun da pozur, bəzi hallarda zorakılıq da edir, ancaq əksər hallarda həyatını risqə qoyaraq vətəndaşa şəfqət göstərir, asayişimiz qoruyur.

Azərbaycan polisinə zibil atmazlar, illah da zibil atmaq zərurəti varsa onu da bu dövlətin çöküşünü arzulayanların başına atmaq lazımdır.

İndi götürüb zibilinizi cumun Dağlıq Qarabağda qondarma “seçkilərə” loyal münasibətini ortaya qoyan Avropa Şurasına, birlikdə eşələnin görək qır-qırıntıdan nələr tapa bilirsiniz, necə bəxtiyar ola bilirsiniz.

Pandemiyadan zəif düşən dövlətin vətəndaşı yalnız fədakarlıq edər, ərköyünlük yox.

Və iki peşə sahibinə insanlıq borcumuzu qətiyyən unutmamalıyıq: fədakar tibb işçilərimizə və polislərimizə.

Qorunun!

Təkcə koronavirusa deyil, aman-zaman dövlətimizə qarşı nifrət virusuna da yoluxmayın!

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“3 modul tipli xəstəxanın açılışnda ölkə Prezidentinin verdiyi mesajlar hər birimiz üçün vacib və önəmlidir”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

“Bu yolda mübarizəmiz sonacan-müqəddəs qələbəyəcən davam edəcək!”-ELDAR İBRAHİMOV AVROPARLAMENTİN SON ADDIMINI MÜSBƏT DƏYƏRLƏNDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir