Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əlizamin Mustafalının doğum günüdür.
Əlizamin Mustafalının bu gün-1 sentyabr 2026-cı il tarixində 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, əslən Qazaxlı olan Əlizamın Mustafalı 1997-ci ilin 1 sentyabr tarixində (əslində isə 13 iyulda) Beyləqan rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Tək bacısı hazırda ailəlidir.
Beyləqanda dünyaya gəlsə də, 5 il orada yaşasa da, ancaq Sumqayıt şəhərində böyüyüb boya-başa çatıb, orada təhsil alıb.
Uşaq vaxtlarından onları anası-anaları, əslən Qazaxlı olan, özü isə Sumqayıtda dünyaya gələn Ülviyyə Nəbiyeva böyüdüb.
2003-2012-ci illərdə Sumqayıt şəhərində İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə oxuyub, 2012-2015-c illərdə isə Peşə Liseyində təhsilini davam etdirib.
2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Çox gənc-erkən yaşlarında, cəmi 18 yaşında ailə həyatı qurub.
İki övladı övladı-İbrahim adlı oğlu, Mədinə adlı qızı dünyaya gəlib…
İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız Polad Həşimovun Şəhidliyindən sonra cəbhəyə getmək üçün könüllü şəkildə Orduya yazılıb və İkinci Vətən Müharibəsinin ilk günlərindən Vətənin müdafiəsinə atılıb.
Cəbrayıldan, Füzulidən, Xocavənddən Hadrutacan şərəfli döyüş yolu keçib.
Ailəsi, anası ilə sonuncu dəfə oktyabrın 6-da danışıb.
Sonuncu danışığı isə dostu ilə-oktyabrın 14-də olub.
Bir aya yaxın şərəfli döyüş yolu keçən Əlizamin oktyabr ayının 21-də Hadrutda qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra, oktyabrın 22-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra beş medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda Sumqayıt şəhərinin və Beyləqan rayonunun mərkəzi küçələrindən biri Onun-Əlizamin Mustafalının adını daşıyır.



***
Bu gün həm də Naxçıvanlı, Şərurlu, Yengicəli İkinci Vətən Müharibəsi Şəhidi Əli Cavad oğlu Əliyevin mövludu, Cənnətdəki dördüncü doğum günüdür.
Əli Əliyevin də bu gün 29 yaşı tamam olur.
Qeyd edək ki, Əli Əliyev 1997-ci ilin sentyabrın 1-də dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və subay olub…
Bacısı və qardaşı hazırda ailəlidirlər…
Əli də peşəkar hərbçi, Baş leytenant kimi həm İkinci Vətən Müharibəsində, həm də “Qisas” əməliyyatında iştirak edib…
İkinci Vətən Mühartibəsindən sonra “Suqovaşının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, eləcə də Müdafiə naziri tərəfindən iki medalla təltif olunub…
2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə isə “Qisas” əməliyyatı zamanı Laçın istiqmətində Şəhid olub…
Nəşi də elə sentyabrın 13-də Şərur Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…
25 yaşının tamamından cəmi 12 gün sonra Şəhadətə qovuşan Əli həm də subay olub…
Həmçinin qeyd edək ki, Əli Şərurlu, Yengicəli Antiterror Şəhidi Elçin İbrahimli ilə həm sinif, həm tələbə yoldaşı, həm də dost olub.




Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





