“Espanyol” və “Milan” baş məşqçiləri ilə yollarını ayırdı…

İspaniyanın “Espanyol” futbol klubu baş məşqçisi David Qaleqonu istefaya göndərib.

Etikxeber.az  klubun saytına istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Buna komandanın La Liqada uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, “Espanyol” ölkə çempionatında 5 xalla 19-cu pillədə qərarlaşıb.

Eyni zamanda, İtaliyanın “Milan” futbol klubu baş məşqçi Marko Campaolo ilə yollarını ayırıb.

52 yaşlı italiyalı mütəxəssisi həmyerlisi Stefani Pioli əvəzləyib.

Qeyd edək ki, Marko Campaolo “Milan”ın sükanı arxasına cari ilin iyununda keçib. Stefano Pioli isə son olaraq “Fiorentina” komandasını çalışdırıb.

Etikxeber.az

Read Previous

AFFA və FİFA-nın prezidentləri İsveçrədə görüşdü

Read Next

“Ermənistanın çıxış yolu işğalçı siyasətdən əl çəkmək, Qarabağın işğalına son qoymaqdır” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir