Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parisin “Reservoir” klubunda istedadlı bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub.
Konsertdə azərbaycanlı bəstəkarı Linley Marthe (bass) və Tilo Bertholo (zərb alətləri) müşayiət ediblər.
Etikxeber.az xəbər verir ki, kluba toplaşan musiqisevərlərə Azərbaycan milli musiqisinin qərb caz sənətinin incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət möhtəşəm konsert təqdim olunub. Etibar Əsədlinin bəstələdiyi “İthaf”, “Həftə sonu”, “Gecikirəm” mahnıları, eləcə də onun aranjemanında “Qara qaşın vəsməsi”, “Əlində sazın qurbanı”, “Lay-lay” Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə həmçinin bəstəkarın atası Sahib Əsədlinin muğam janrında bəstələdiyi “Nəzr eyləmişəm” kompozisiyası ifa edilib.
Qeyd edək ki, Bakıdakı Bülbül adına orta ixtisas musiqi məktəbində klassik piano təhsili alan Etibar Əsədli sonradan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini bitirib. Hazırda Fransada yaşayan gənc bəstəkarın “EDY” adlı studiyası var. O, eyni zamanda Paris Didier Lockvood Musiqi Mərkəzində təhsilini davam etdirir.
Etikxeber.az