“Etibarnamə sovetdənqalma bir məsələdir və bu gün öz aktuallığını itirib…”-MİLLƏT VƏKİLİNDƏN ÖNƏMLİ TƏKLİF

2019-cu ilin dekabrından nəqliyyat vasitələrinin idarə olunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaranıb. Vətəndaş MyGov portalı üzərindən sutkanın istənilən vaxtında bu portala müraciət etməklə, etibarnamə əldə edə bilər. Hətta, mobil telefonu vasitəsilə də sutkanın istənilən vaxtında etibarnamə almaq mümkündür. Qeyd etmək istəyirəm ki, bunu vətəndaşların rahatlığının təmin edilməsi istaqəmətində ASAN xidməti tərəfindən həyata keçirilməyə başlanmış növbəti bir elektron xidməti olaraq çox yüksək dəyərləndirirəm.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O, bu yöndə fikirlərini parlamentin bugünkü iclasında da dilə gətirdiyini bildirib.

“Təbii ki, müasir texnolgiya və innovasiyalardan istifadə etməklə xidmətlərin elektronlaşdırılması vətəndaş-məmur təmasını minimuma endirir və iqtisadiyyatın şəffaflaşmasına öz müsbət təsirini göstərir. Burada bir sual yaranır:Nəqliyyat vasitələrinin idarə olunmasına dair etibarnamənın verilməsi, ümumiyyətlə, lazımdırmı? Dünya praktikasına diqqət yetirəndə görürük ki, inkişaf etmiş ölkələrdə avtomobilin idarə olunması üçün etibarnamə məsələsi yoxdur. Hətta, yaxın qonşu ölkələrdə də nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə tələb olunmur. Texniki pasportla sərbəst şəkildə hər bir vətəndaş əlavə rəsmiləşdirmə aparmadan başqasının avtomobilini idarə edə bilər.

V çağırışda həmkarım Qüdrət Həsənquliyev də bu məsələni gündəmə gətirmişdi. Məsələn, vətəndaş öz yaxın qohumuna nəqliyyat vasitəsini etibarnamə olmadan idarə olunmağa verə bilməz. Hazırkı qaydalara əsasən, başqasının avtomobilini etibarnamə olmadan idarə edən şəxs 40 manat cərimə edilir. Bəzi hallarda isə bu, ümumiyyətlə, avtomobil qaçırma kimi qəbul edilir. Qeyd etmək istəyirəm ki, etibarnamə sovetdənqalma bir məsələdir və bu gün öz aktuallığını itirib. Əgər avtomobil qaçırılıbsa, axtarışa verilir. Yollar müşahidə kameraları ilə təmin olunub. Axtarışda olan nəqliyyat vasitəsinin müəyyənləşdirilməsində heç bir çətinlik yoxdur. Düşünürəm ki, bu gün ölkəmizin texniki inkişaf imkanları nəzərə alınaraq, nəqliyyat vasitələrinin idarə edilməsinə dair etibarnamənin verilməsi məcburi xarakter daşımamalıdır və bu məslə ilə bağlı qanunvericilyin müvafiq tələbi ləğv olunmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Məhkəmə-Hüquq Şurası haqqında” qanun-DƏYİŞDİRİLİR…

Read Next

MM-in sabahkı iclasında-3 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir