“Eurovision-2018”də iştirak edəcək ölkələrin adı məlum oldu- SİYAHI

Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək “Eurovision – 2018” mahnı müsabiqəsində iştirak edən ölkələr məlum olub.

Etikxeber.az xəbər verir ki, beynəlxalq müsabiqədə Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Ermənistan, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya iştirakını təsdiq edib.

Bundan başqa, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa bu il qalib olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Qeyd edək ki, bu il mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Etikxeber.az

Read Previous

“Qarabağ” “Atletiko Madrid” ilə oyun üçün artıq Madriddədir – FOTO

Read Next

“Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışı tarixi hadisədir” – NOVRUZ MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir