“Evə qapanmağa məcbur olmuş təminatı olmayan xeyli insanlarımız var, onlara da dəstəyin əlçatanlığı üzərində hamılıqla düşünməliyik”-FAZİL MUSTAFADAN ÖNƏMLİ TƏKLİFLƏR

Nazirlər Kabinetinin Qərarına əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır. Demək ki, 2 il müddətinə təyin olunan 216 manatlıq ünvanlı sosial yardımın müddəti bitsə də bu ailələrə yardımın verilməsi dayandırılmayacaq. Burada söhbət 70 min ailədən gedir. Bu hökumət tərəfindən həyata keçirilən çox ciddi bir dəstək addımıdır. Əlbəttə, evə qapanmağa məcbur olmuş təminatı olmayan xeyli insanlarımız da var. Onlara da başqa formalarda dəstəyin əlçatanlığı üzərində hamılıqla düşünməliyik.

Etikxeber.az xəbər verir ki, bunu parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, qeyd edək, ilk növbədə bu kateqoriyadan olan ailələrin mümkün siyahısının operativ tərtib etməliyik.

“Onlara dəstək yükünü yalnız dövlət qarşılamamalıdır. Könülülük əsasındə müəyyən imkanı çatan insanlar ayrı-ayrılıqda bir neçə ailənin minimum azuqəsinin təmin olunmasına yardım etməlidirlər. Bu yükü dövlət və imkanı çatan vətəndaşlar birlikdə öz üzərinə götürməlidir. Bir məqama da diqqət yetirək ki, müəyyən dövlət qurumlarına xidmət müqabilində kommunal və ya digər xarakterli borclarını ödəməyən vətəndaşlar koronavirusu bəhanə edərək özləri üçün imtiyazlar tələb edirlər. Bu vicdanlı yanaşma deyil. Koronavirusa qədərki dövrdə borcları indiki şəraitlə əlaqələndirmək həmin qurumların daha çox borclanmasına səbəb olacaqdır və bu da bir sıra vacib xidmətlərdə axsamalara səbəb ola bilər. Yəni hər kəsin böhran durumunda davranışı bir-birindən nəyisə qoparmaq və ya fürsətçilik anlayışı üzərində formalaşmamalıdır. Ona görə də ölkə prezidentinin”Biz birlikdə güclüyük!” çağırışı həm də “Biz birlikdə məsuliyyət daşıyırıq!” mənasında anlaşılmalıdır”-deyə, F. Mustafa sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı-PAYLAŞIM ETDİ

Read Next

“Sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik”-MƏLEYKƏ ABBASZADƏ DƏ MÜRACİƏT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir