“Evdə qalaq, salamat qalaq” – MİLLƏT VƏKİLİ

COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində dövlətimiz və hökümətimiz tərəfindən, şəxsən ölkə Prezidenti cənab İlham Əliyevin və 1-ci Vitse Prezident xanım Mehriban Əliyevanın rəhbərlikləri və nəzarətləri ilə ard-arda verilən bütün qərarlar, sərəncam və tapşırıqlar ancaq və ancaq bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşlarını qorumaq və ölkəmizi bu ağır bəladan xilas etmək! Lütfən, bütün qaydalara əməl edək!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Millət vəkili bildirib ki, bu qeyri-iş günləri bir birimizin evlərini gəzmək, əyləncələrə getmək, uşaqlarımızı parklara çıxartmaq, çayxanalarda, restoranlarda vaxt keçirmək üçün deyil, sağlamlığımız naminə evdə oturmağımız üçün verilib.

“Məcbur qalmadıqca küçəyə çıxmayın! Yaxın təmasdan çəkinin! Ölkə üzrə həyat əhəmiyyətli müəssisələr və icra qurumları tam gücüylə işləyir, digər tərəfdən online iş rejimi də tətbiq edilməkdədir. Eyni zamanda biz də, Azərbaycan Parlamentinin üzvləri olaraq seçki dairələrimizlə sıx əlaqədəyik. Rayonun rəhbər qurumları ilə mütəmadi olaraq vəziyyəti müzakirə edirik, dayaq nöqtələrimizlə məlumat mübadiləsi aparırıq. Çox şükürlər olsun ki, vəziyyət hələlik ürəkaçandır və nəzarət altındadır. Daha əvvəl də, bildirmişdim, hər hansı vacib və təxirəsalınmaz məsələ ilə bağlı olaraq mənim və köməkçimin mobil telefonumuza, meclis.gov.az saytındakı ünvanımıza müraciət edə bilərsiniz! Hamınıza sağlam və xəstəliksiz günlər arzulayıram! Gəlin həmrəy olaq! Evdə qalaq, salamat qalaq!”-deyə, J. Əliyeva əlavə edib.

Etikxeber.az

Read Previous

“Sənətçiyə, futbolçuya milyonlar, elm insanına isə qəpik-qurus…”-ƏMƏKDAR ARTİST

Read Next

“Karantinin tələblərinə və sanitar normalara qeyd-şərtsiz olaraq tam əməl olunmalıdır”-ƏLİ ƏSƏDOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir