“Evimdəyəm, səhhətim də əladır, yalan, böhtan yazmaq olmaz, ayıbdır”-ZİYAD SƏMƏDZADƏDƏN KƏSKİN ETİRAZ

Haqqımda yazılanların heç bir əsası, həqiqətəuyğunluğu yoxdur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.

Qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı ölkədə xüsusi karantin rejimi elan olunub və bu baxımdan da, evindən fəaliyyət götərir.

“Onu da bilirsiniz ki, biz onlayn iş rejiminə keçmişik. Komitəmizin iclasları da onlayn keçirilir. Eyni zamanda, 65 yaş məsələsi ilə əlaqədar müvəqqəti evdən çölə çıxmırıq, hərəkətimizi bir qədər məhdudlaşdırmışıq. Hazırda da evdəyəm, bugünlərdə də saytlarda yazılarım gedib. Yəni, işimdə, fəaliyyətimdə heç bir dayanma, axsama yoxdur. Köməkçimə zəng ediblər, o da deyib ki, Ziyad müəllimgil onlayn fəaliyyət göstərirlər. Ancaq götürüb ağızlarına gələni yazıblar. Səhhətim əladır, tam-normal qaydasındadır, heç bir problem yoxdur. Yalan, böhtan yazmaq olmaz. Ayıbdır”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, bəzi saytlarda və sosial şəbəklərdə Z. Səmədzadənin karantin altına alındığı iddia edilib.

Etikxeber.az olaraq həmkarlarımıza da məsləhət bilirik ki, bu həssas dönəmdə çox diqqətli olsunlar və insanları narahat, rəncidə edəcək məlumatlar yaymasınlar.

Dəqiqləşdirsinlər, sonra yazsınlar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Dərs vaxtı”nın aprelin 6-sı üçün nəzərdə tutulan-CƏDVƏLİ

Read Next

ATƏT PA-nın iyul-YAY SESSİYASI LƏĞV OLUNDU – “COVİD-19”-A GÖRƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir