Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tam 26 il keçdi gözəl torpağım Ağdamın işğalından.
İllər keçsə də, bu yara bizdə sağalmaz izlər buraxdı.
Etikxeber.az xəbər verir ki, bunu əslən Ağdam rayonundan olan tanınmış sənətkar, xanəndə-Xalq artisti Nəzakət Teymurova öz “Facebook” statusunda yazıb və Ağdamda yaşadığı illərdə çəkdirdiyi uşaqlıq fotolarından birini paylaşıb.
“Torpaq sevgisi heç nə ilə əvəz olunmaz sevgidir.
Gözəl Ağdamım, mən sənin suyun, dağın, havan, evimiz üçün çox darıxmışam.
Ümid edirəm ki, bir gün qovuşacağıq”-deyə, Xalq artisti sonra yazıb.
“Erməni ara vermədən “qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən “qrad” səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi. Pəncərəmizin şüşələri qırılıb töküldü, evimiz dağıldı, uşaqların çığırtısı anamın naləsinə qarışdı. Ayaqyalın evdən çıxıb küçəyə töküldük. Yolda gördük ki, ölən kim, başı, ayağı kəsilib can verən kim. Qonşumuzda bir ailə vardı, ata-bala öldü, qızı havalandı. Bizi maşına doldurub, kənddən Ağdama apardılar”.
Bunu isə Xalq artisti bir xeyli müddət öncə telekanallardan birində çıxışı zamanı bildirmişdi.
Xalq artisti hərbi hissənin yaxınlığında olduqlarından hər gün “Kamaz”larla daşınan meyit, yaralı gördüyünü də sözlərinə əlavə etmişdi:
Etikxeber.az