“Evimizdə bir kor erməni yaşayırdı və qonaq otağında-divarda nənəmin anasının toxuduğu bir xalça var idi…”-MUSA QULİYEV 18 İLDƏN SONRA İŞĞALDA OLAN ATA OCAĞINA GETMƏSİNDƏN DANIŞDI VƏ…

2006-cı ildə İrəvanda bir tədbir var idi, o xətlə getmişdim…Oradan da imkan yarandı – turistik bir gün var idi, xahiş etdim, məni apardılar kəndimizə-Uruda… Doğma kəndimizə getdim… 1988-ci ildə biz ordan çıxdıq, Urudu itirdik. Təsəvvür edirsiniz, mən 18 il hər gecə o kəndi yuxumda görürdüm…2006-cı ildən sonra bir dəfə olsun Urudu, kəndimizi yuxumda görmürəm…

Etikxeber.az-ın xəbərinə görə, bunu əslən Qərbi Azərbaycandan olan millət vəkili, şair Musa Quliyev (Urud) “Space”-də “Sadə həqiqətlər” verilişində deyib.

“Evimizə getdim, evimizi gördüm… Evimizdə bir kor erməni yaşayırdı və qonaq otağında-divarda nənəmin anasının toxuduğu bir xalça var idi…Onu nənəmə cehiz vermişdi. Nənəm də 46-cı ildə mənim anama onu cehiz vermişdi. Həmin otağa girəndə isə xalçanı gördüm və xalçanın üstündə bir əsgər şəkli var idi. Hərbi formada əsgər şəkli var idi… Sonra aşağı enəndə o erməni əvvəl mənim salamımı almadı…90 yaşı vardı, kor erməni-Bakı ermənisi idi…Azərbaycan dilində dedi ki, sən bura niyə gəlmisən? Ona dedim ki, divardakı xalçanı pulu ilə sat mənə, onu aparım… O, mənim anama – anamın da yaşı 80-dən çox keçib – bir hədiyyəm olsun ki, nənəsindən ona qalan xalçadı… Bir az fikirləşdi, dedi, yox, “ara, bəs üstündəki şəkili neyləyim?” Məlum oldu ki, bunun oğludur, Qarabağda ölüb döyüşdə və onun şəklini vurub nənəmin xalçasının üstünə…”-deyə, M. Urud sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Marneuli taleyin amansız hökmü ilə Gürcüstana verilmiş tarixi torpaqlarımız olan Borçalımızın bir parçasıdır, tarixi adı isə- Sarvandır…”-PARTİYA SƏDRİNDƏN GÜRCÜ DİN XADİMİNƏ SƏRT SÖZLƏR

Read Next

“Dövlət başçısının da dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır və mütləq bərpa olunacaq…”- MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir