Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tarixi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edən Vətən sevdalılarımızdan, İgid oğullarımızdan biri də əslən Qarabağlı-Ağdərəli, özü isə Tərtərli olan məcburi köçkün Tacəddin Qəzənfər oğlu Kərimovdur…
Evin-ailənin dörd övladından biri, MAXE, orta təhsilli Tacəddin Kərimov…
3 il öncə, 2021-ci ilin noybarında mina patlayışı nəticəsində sol ayağından ağır yaralanan və hələ də əlillik Haqqını ala bilməyən Tacəddin Qəzənfər oğlu…
Qeyd edim ki, əslən Ağdərə rayonun Kərəmli kəndindən olan və ailəsi ilə birlikdə hazırda məcburi köçkün kimi Tərtər rayonunun Şıxarx qəsəbəsində yaşayan Tacəddin Kərimov 1999-cu ilin 10 iyul tarixində sadə, kasıb bir ailədə dünyaya gəlib…
Ailənin dörd oğlan övladından birdidir…
2005-2016-cı illərdə Elnur Muradov adına Hacıqərvənd kənd tam orta məktəbində oxuyub…
2017-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri kimi Vətənin keşiyində dayanıb…
Əsgərlikdə olarkən Fəxri fərmanla təltif olunub…
Əsgərlikdən qayıtdıqdan az sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
2019-cu ilin dekabr ayından Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
İkinci Vətən Müharibəsində isə Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi iştirak edib…
Müharibənin ilk gündən son gününə, tarixi Qələbəmizə kimi də döyüşlərdə iştirak edib…
Kəlbəcər-Murov, Tərtər-Ağdərə-Talış-Suqovuşan istiqamətlərində döyüşlərdə olub…
Müharibədın sonra da Orduda fəaliyyətini davam etdirib…

Və 2021-ci ilin noyabr ayının 23-də Talış istiqamətində döyüş (hərbi) tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində sol ayağından ağır yaralanıb, ayağının üst və alt hissəsi param-parça olub…
6 aya yaxın Bakı şəhərində Hərbi hospitalda müalicə-müayinə olunub…
Və 2022-ci ilin yazında səhhəti ilə əlaqədar Azərbaycan Ordusundan təxrsi olunub…
Müharibədə iştirakına görə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…
Hazırda isə ailəlidir…
2022-ci ildən Ordudan təxris olunmasına, səhhətində ciddi problemlərin davam etməsinə baxmayaraq, hələ də qanuni Haqqı olan əlillik dərəcəsini almayıb…
Ona indiyədək hansı səbəbdən əlillik dərəcəsinin verilməməsi də tam məlum deyil…
Hansı ki, Tacəddinin səhhəti onun əlillik dərəcəsi almasını tam şərtləndirir…
Ona görə inanaq və ümid edək ki, Tacəddin gec də olsa-iki ildən sonra qanuni əlillik dərəcəsini alacaq, onun Haqqı tanınacaq, hərtərəfli şəkildə müalicə və müayinəsini davam etdirəcək…
Ümid ən sonda ölür deyirlər…
Allah ümidlərimizi ölməyə qoymasın!
Allah özü Tacəddinə kömək olsun!
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az