Evin-ailənin tək oğlu, 4 medallı-VƏTƏN SEVDALISI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI MİRSADİQ MİRSADİQOV… – FOTOLAR

Mirsadiq Mirağa oğlu Mirsadiqov…

Vətən sevdalısı Azərbaycan övladı…

Cəmi 18 yaşında gözləri ilə odlar görmüş, müharibənin ov-alovundan çıxmış İkinci Vətən Müharibəsi iştirakçısı…

Mirsadiq 2002-ci ilin iyul ayının 26-da Bakının Balaxanı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından biri, iki bacının tək qardaşıdır…

Orta məktəbə Balaxanıda getsə də, sonra Bakıxanov qəsəbəsində təhsilini davam etdirib…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-cəmi bir neçə ayın Əsgəri kimi döyüşlərə atılıb…

Füzuli-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, hətta döyüşlərdən birində ağır kəllə-beyin travması alıb…

Müharibədən, tarixi Qələbəmizdən sonra isə Ali Baş Komandanın sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” Xocavəndin azad olunmasına görə” medallarına, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb…

Eyni zamanda, müharibədən sonra hərbi xidmətini davam etdirib və 2022-ci ilin yanvarında təxris olunaraq, evinə-ailəsinə dönüb…

Hazırda özəl şirkətlərdən birində çalışır…

O, həm də subaydır…

Mirsadiqlə həm Bakılı, həm də İsmayıllılı İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Məmmədlinin İsmayıllıda qeyd olunan Cənnətdəki üçüncü doğum günü mərasimində tanış oldum…

Şəhidimizin anası Aygün xanım Mirsadiqin Cəmilin Əsgərlik və döyüş yoldaşını olduğunu dedi…

Mirsadiqlə qısaca da olsa, söhbətləşdim, hal-əhvallaşdım…

Onunla birlikdə həyat və döyüş yoluna nəzər saldım…

Çox sakit, çox mədəni, çox tərbiyəli, çox sədaqətli, çox etibarlı və çox vətənpərvər bir Azərbaycan övladıdır Mirsadiq…

Danışdırmasan-danışmaz, dindirməsən-dinməz…

Həm də gözlərində, çöhrəsində gizli bir kədər vardı, hiss olunurdu…

O kədər də gözləri önündə döyüş-hərbi xidmət yoldaşlarının, Cəmillərin Şəhid olmasından, onları unuda bilməməsindən xəbər verirdi…

Axı, necə də unutsun, necə də unuda bilər?!

Unutsaydı, unuda bilsəydi, gələrdimi, ziyarət edərdimi heç?!…

Söhbətimiz zamanı Mirsadiqə bundan sonrakı həyatında bir ömür boyu xoşbəxtlik, bəxtəvərlik, səadət arzuladım…

Çünki o həyatdakı bütün gözəlliklərə və gözəl sözlərə layiqdir…

Şəhid döyüş, Əsgərlik yoldaşlarının ruhu köməyi olsun!

Allah Onu qorusun, Yar və Yardımçısı olsun!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Güloğlular sakinlərindən Mehriban Əliyevaya-MÜRACİƏT

Read Next

Hava yenidən dəyişəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir