Evin-ailənin tək oğlu, ailəsi ilə birlikdə illərdir kirayədə yaşayan, cəmi iki ayın bəyi, Gizir, İkinci Vətən Müharibəsi iştirakçısı və 19 SENTYABR 2023-CÜ İL ŞƏHİDİ-QUBALI İXTİYAR BAYRAM OĞLU BAYRAMOVUN ŞƏRƏFLİ VƏ KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Quba rayonunun sonuncu – 19-20 sentyabr 2023-cü il Şəhidlərindən biri olan İxtiyar Bayram oğlu Bayramov…

Ruslan Azər oğlu Bayramovdan sonra Bayramovlar nəslinin ikinci Şəhidi…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Nur üzlü Şəhidimiz…

Bu yerdə qeyd edim ki, İxtiyar Bayram oğlu Bayramov 1998-ci ilin may ayının 1-də Quba rayonunun ucqar Qələyxudat kəndində, sadə və çox kasıb bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

2004-2013-cü illərdə Qələyxudat kənd orta məktəbində oxuyub, 9 illik təhsil alıb…

Sonra ailəsi ilə birlikdə Qubanın Dağlı kəndinə, kirayə evə köçüblər…

Heç zaman şəxsi evləri-ocaqları olmayıb…

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub…

2018-ci ilin iyulunda Əsgərliyini başa vurduqdan sonra ailəsinin yanına dönüb…

Müxtəlif sahələrdə çalışıb, ailəsinə kömək edib…

2020-ci ilin avqustunda isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

MAXE kimi fəaliyyətə başlayıb, Gizir rütbəsini daşıyıb…

Bir hərbçi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb…

Uzun və şərəfli döyüş yolu keçib…

İkinci Vətən Müharibəsindən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Müharibədən sonra da Azərbaycan Ordusunda fəaliyyətini davam etdirib, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə fəaliyyət göstərib…

Bu ilin iyul ayının 23-də, 25 yaşında isə ailə həyatı qurub…

Cəmi iki ayın Bəyi olub…

19 sentyabr 2023-cü il tarixində Vətən yolunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 3 gün sonra-22 sentyabr tarixində Quba Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

***

Bu gün axşam saatlarında Qubalı İkinci Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun valideynləri-Tünzalə və Faiq Abduləlimovlar ilə birlikdə Şəhidimizin kirayədə yaşayan valideynlərini ziyarət etdim…

Onlara başsağlığı verdim, Şəhidimizin Dərdli, Yaralı valideynlərinə- Tərgül (Tamaş) Bayram Bayramovlara, bir övlad anası olan tək bacısı Əfsanə Çobanovaya Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin valideynləri, bacısı ilə söhbətləşdim, dərdləşdim…

Çox ağır bir mənzərə idi…

Sözlə ifadəsi mümkün olmayan mənzərə…

Tək, iki ayın bəyi olan oğul və Şəhid…

Sözün bitdiyi yer yenə…

Şəhidin bacısı Əfsanə xanımın dediklərindən:

“Axırıncı dəfə Şəhidliyindən saatlar öncə, sentyabrın 19-da səhər saat 10-nun yarısında danışdıq…Harada olduğunu demədi…Sadəcə, dedi ki, narahat olmayın, inşallah, hər şey yaxşı olacaq…Və cəmi saatlar sonra Şəhidliyinə qovuşdu…”

Allah bir daha və bir daha məkanını cənnətlik, məqamını Uca etsin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Qazilərlə bağlı təşkil etdiyi növbəti dördüncü-sonuncu tədbir-QUBA RAYONUNDA DÜZƏNLƏNDİ – QUBALI VƏ QUSARLI QAZİLƏR PROBLEMLƏRDƏN, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRDƏN SÖZ AÇDILAR – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Biz Azərbaycanda həqiqətən tarixi anlar, günlər, illər yaşayırıq…İkinci Qarabağ müharibəsi, tarixi Zəfərimiz, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində suverenliyimizin bərpası tarixi hadisələrdir və haqlı olaraq bununla qürur duyuruq…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO – YENİLƏNİB – (5) – CANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir