Evin-ailənin tək oğlu, cəmi 5 ayın-Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri, beş medal və bir ordenli-QƏBƏLƏLİ-BUMLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VASİF AKİF OĞLU SÜLEYMANOV… – FOTOLAR

Cəmi 18 yaşında Şəhidlik zirvəsinə yüksələn Vasif Süleymanov…

Cəmi 5 ayın-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olan Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Adını eşidib, amma üzünü görmədiyi Vətən torpaqlarında-doğma Qəbələsindən xeyli uzaqlarda yerlşənən Qarabağında-canını Vətən, Torpaq yolunda qurban edən Vətən fədaimiz…

Vasif Akif oğlu Süleymanov Qəbələ rayonundandır…

2002-ci ilin fevral ayının 24-də Qəbələnin Bum qəsəbəsində-Süleymanovlar ailəsində dünyaya gəlib…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub…

Həm də evin-ailənin sonbeşiyi idi…

Əvvəl Bum qəsəbəsində yerləşən İkram Umarov adına məktəbdə oxuyub, sonra təhsilini Peşə məktəbində davam etdirib…

Peşə məktəbini bitirdikdən, yəni, Əsgərliyə getməzdən əvvəl bir müddət Qəbələdə yerləşən otellərdən birində aşpaz kimi fəaliyyət göstərib…

Sonra, 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yollanıb…

Əvvəlcə Gəncədə yerləşən “N” saylı hərbi hissələrində birində, sonra isə Cəlilabad rayonunda (Göytəpədə) Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qulluq edib…

Və İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun-XTQ-nın Əsgəri kimi döyüşlərə atılıb…

10 günlük şərəfli döyüş yolu keçən Şəhidimiz Murovdağ-Kəlbəcər, Füzuli Cəbrayıl istiqamətlərində döyüşlərdə iştirak edib…

Sonuncu dəfə isə ailəsi ilə Şəhidliyindən 6 gün öncə, sentyabrın 30-da danışıb…

Həmin gündən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb…

Və oktyabr ayının 6-da Cəbrayıl istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib…

Nəşi isə bir gün sonra, oktyabrın 7-də Bum kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Vasif həmçinin, Bum qəsəbəsinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad edilməsinə görə”,  “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

O, həm də subay olub…

Şəhidliyindən sonra eyni zamanda, adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirəm, baş əyirik!

Nur içində yatsın, Nur üzlümüz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Əfsanəvi tabor”un Şəhidlərinin valideynləri-İMKANSIZ İNSANLARI SEVİNDİRDİLƏR, ONLARA RAMAZAN SOVQATI TƏQDİM ETDİLƏR…-FOTOLAR

Read Next

Daha 22 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir