Evin-ailənin tək oğlu, iki qız övladı ailəsinə, Vətəninə əmanət qalan-MAXE, APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI, NAFTALANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ BƏHRUZ QULİYEVİN İKİ GÜN SONRA 34 YAŞI TAMAM OLUR…

Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən və əslən Goranboylu olan Bəhruz Firuz oğlu Quliyevin doğum günüdür.

İki gün sonra-9 may 2024-cü il tarixində Bəhruz Quliyevin 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Bəhruz Quliyev 1990-cı ilin may ayının 9-da, faşizm üzərində Qələbə günündə-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu olub.

1996-2007-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2008-2010-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Əsgərlikdən qayıtdıqdan sonra işləyib, çalışıb, ailəsinə dəstək olub.

2013-cü ildə ailə həyatı qurub, 2014 və 2015-ci illərdə iki qız övladı-Elayı və Mədinəsi dünyaya gəlib.

Hazırda övladları orta məktəb şagirdləridir.

2014-cü ildə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsi zamanı da MAXE kimi döyüşlərə qatılıb.

Şərəfli döyüş yolu 8 gün çəkib və oktyabr ayının 4-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir həftədən sonra, oktyabr ayının 11-də Naftalan şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Valideynləri həm də övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 34 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

“Füzuli şəhərində mənzillə təmin olunmağıma köməklik göstərməyinizi xahiş edirəm”-KEÇMİŞ XÜSUSİ TƏYİNATLI, 9 MEDALLI, İKİ ÖVLAD ATASI, QAZİ VASİF MƏMMƏDOV DÖVLƏT BAŞÇISINA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir