Evin-ailənin tək oğlu, nəşi 61 gündən sonra taplan-ŞƏHİD SƏİD HƏSƏN OĞLU ƏDİLOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏZARƏ ZİYARƏT EDİLDİ, 27 YAŞININ TAMAMI OLMASI İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün, 5 noyabr tarixi Bərdənin Cəyirli kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin iki övladından biri, tək və subay oğul Səid Həsən oğlu Ədilovun doğum günüdür.

Onun 27 yaşı tamam olur və bu, Səid Ədilovun Cənnətdəki ilk ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gələn Səid Ədilov İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyanrın 2-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 oktyabr tarixində Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra medallarla təltif edilib.

Səid həm də subay olub.

09:00

***

“Şəhid bulağı”nın açılışından öncə Şəhid Fəxri Qəribzadənin ailə üzvləri ilə birlikdə Səid Ədilovun ailəsini ziyarət etdik.

Şəhidin ailəsinə bir daha başsağlığı verdik, onlara bir daha Allahdan səbr dilədik.

“Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ilk ad günü mübarək olsun”-dedik.

10:30

***

Sonra Cənnətdəki ilk ad günü ilə bağlı (səhər saatlarında) ailəsinin yaşadığı kənddə-Cəyirlidə Səid Ədilovun adını daşıyan “Şəhid bulağı”nın açılışı oldu.

Açılışda Şəhidin ailə üzvləri-anası Əzizə xanım, atası Həsən bəy, tək bacısı Nərmin xanım, yaxınları, kənd sakinləri, Bərdədən və başqa bölgələrdən olan Şəhid ailələri, hərbçilər, din xadimləri və digərləri iştirak etdilər.

Açılış mərasimi bir saata yaxın çəkdi.

Sonra Bərdə Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olundu.

Məzarı üzərinə gül dəstələri düzüldü, ruhuna dualar edildi.

Ziyarət bir saatdan çox çəkdi.

***

Daha sonra Bərdənin “Sultan” şadlıq sarayında Səid Ədilovun Cənnətdəki ilk ad günü, mövludu ilə bağlı mərasim keçirildi, ehsan süfrəsi açıldı.

Mərasimdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, Dövlət himni səsləndirildi, çıxışlar edildi.

Ailə üzvləri ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını bildirdi, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə öz təşəkkürlərini ifadə etdilər.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar olundu.

Ruhu şad, məqamı uca, məkanı cənnətlik, Cənnətdəki ilk ad günü, mövludu mübarək olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

13:10

***

FOTOLAR:

ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…

MƏZARININ ZİYARƏTİ…ÇOX TƏSİRLİ, DUYĞULU ANLAR…SÖZÜN BİTDİYİ YER…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”-BİRİNCİ VİTSE-SPİKER

Read Next

Ailənin 4 övladından biri, nişanlı, MAXE, 25 yaşında Şəhidlik məqamına ucalan-NURLAN QULİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir