Evin, ailənin tək, subay, ali təhsilli oğlu-ŞƏHİD İLKİN ELXAN OĞLU AĞAKİŞİYEV…ŞƏHİD BACISI 5 İLDİR NİYƏ ÖZ İXTİSASI ÜZRƏ İŞLƏ TƏMİN OLUNMUR? – FOTOLAR

Bu gün, bir az öncə daha bir Şəhidimizin-Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin ailəsinə baş çəkdim, ailəsini ziyarət etdim…

Düzdür, İlkinin ailəsini xeyli müddətdir tanısam da, bir çox tədbirlərdə, mərasimlərdə dəfələrlə bir yerdə olsaq da, hal-əhvallaşsaq da, amma ilk dəfə idi evlərində olurdum…

Qeyd edim ki, ali təhsilli İlkin evin iki övladından biri, ailənin tək, subay oğlu olub…

Ailədə həm də bir bacı, bir qardaş olublar…

Özü də təkcə bacı-qardaş olmayıblar, dost, sirdaş olublar…

İlkinin çox sakit, çox səmimi, çox insapərvər ailəsi var…

Anası Reyhanə xanım, atası Elxan kişi və qeyd etdiyim kimi tək bacısı Aytac…

Danışdırmasan-danımaz, dindirməsən-dinməzlər…

O dərəcədə sakit, abırlı insanlardır…

***

Ziyarət zamanı bir daha Şəhidimizin ailəsinə başsağlığı verdim, bir daha onlara Allahdan səbr dilədim…

“Şəhidlərimizin, İlkinimizin məzarı behiştlik, məkanı cənnətlik olsun!”-dedim…

Çox təəssüflər olsun ki, Şəhidimizin atasının səhhətində problemlər var…

Hətta buna görə günlərlə evdən çıxmır, övladının məzarını belə son vaxtlar ziyarət edə bilmir…

Həm də tək oğlunun Şəhidliyindən sonra bir qədər kənara, guşənişinliyə çəkilib…

Çox Qürurlu, çox Məğrur insandır…

Danışdıqca da Qürurluğu, Məğrurluğu bir daha özünü göstərir…

Əsl Şəhid atası, əsl Qəhrəman atasıdır!

Anası Reyhanə xanım…çox sakit, çox sadə insandır…

Sanki dili var, ağzı yoxdur…

Hətta Şəhidlərlə bağlı tədbirlərdə, mərasimlərdə kənarda durmağa, çox görünməməyə üstünlük verər…

Əsl Şəhid anası, əsl Qəhrəman anasıdır!

Bacısı Aytac da sakit xasiyyətlidir…

Qardaşının Şəhidliyi, yoxluğu ilə hələ də barışa bilmir…

O da daim kənarda dayanmağa, gözdən, könüldən iraq durmağa çalışar

Əsl Şəhid bacısı, əsl Qəhrəman bacısıdır!

***

Aytac 2013-2016-cı illərdə Ağdam Musiqi Kollecində, fortepiano ixtisasında oxuyub…

Ancaq 5 ildir ki, öz ixtisası işlə təmin olunmur…

Ötən 5 il ərzində işlə bağlı müraciət olunsa da, aidiyyatı qurumların məsələdən xəbəri olsa da, amma hələ də ötür-ötür oyunu davam edir…

Şəhid bacısı, evin tək övladı, ailənin tək ümidi işlə təmin edilmir…

Çox təəssüfedici və qəbuledilməz bir durumdur…

Şəhid ailəsinə, Şəhid bacısına belə münasibət olmaz…

Ona görə inanmaq və ümid etmək istərdik ki, aidiyyatı qurumlar artıq tezliklə məsələyə daha həssas münasibət göstərəcək, Şəhidimizin bacısı onun vaxtilə oxuduğu Üzeyir Hacıbəyov adına Musiqi Məktəbində işlə təmin olunacaq…

Təmin olunmalıdır, təmin edilməlidir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.10.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Daha 1477 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Read Next

“İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi…Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik…”-İlham Əliyev və Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə-GÖRÜŞDÜLƏR…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir