Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Rəşid oğlu Rəhimlinin doğum günüdür.
Orxan Rəhimlinin bu gün 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Orxan Rəhimli 1994-cü ilin 28 aprel tarixində Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı hazırda ailəli, övlad anasıdır.
Atalarını 2019-cu ilin dekabrında itiriblər.
Orxan ali təhsilli olub.
O, həm də subay idi.
İkinci Vətən Müharibəsində iştirak edib.
Onunla birlikdə xalası oğlu, Mingəçevirli Təbriz İldırım oğlu Cüməzadə də İkinci Qarabağ Savaşına qatılıb.
İkisi də eyni istiqamətdə döyüşüblər.
İkisi də eyni gündə və eyni istiqamətdə-Şuşa istiqamətində Şəhid olublar.
Hər ikisi də noyabrın 8-də Şəhidlik məqamına ucalıblar.
Ancaq Orxan noyanbrın 16-da, Təbriz isə noyabrın 26-da torpağa tapşırılıb.
Orxan doğma kəndlərində, Xaçmaz kəndinin Şəhidlər Xiyabanında, Təbriz isə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Orxan ümumilikdə Xaçmaz kəndinin 8 Şəhidindən biridir.
Şəhidliyindən sonra medallarla təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 30 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az