Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin (əslən Yardımlılı) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Nəcəf oğlu Cəfərlinin bu gün doğum günüdür.
Ruslan Cəfərlinin sabah 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı Günay xanım hazırda üç övlad anasıdır və ötən ilin aprel ayının 25-də dünyaya gələn sonuncü, üçüncü övladına qardaşının-Rusalanın adını verib.
Ruslan 2001-2010-cu illərdə 4 saylı orta məktəbdə, 2010-2012-ci illərdə isə Peşə Liseyində oxuyub.
2013-2015-ci illərdə Gədəbəy rayonunda-“N” saylı hərbi hissədə hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən evinə dönüb, işləyib-çalışıb, ailəsinə dəstək olub.
2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunub.
6 gün sonra-27 sentyabr 2020-ci il tarixində İkinci Vətən Müharibəsinə qatılıb, Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.
Oktyabr ayının 13-də isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini bir müddət tapmaq mümkün olmayıb.
Nəşi yalnız noyabr ayında əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Valideynləri isə övladlarının adının, xatirəsinin əbədiləşdirilməsini və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Ruslan həm də subay olub.
Qeyd edək ki, Şəhidin Cənnətdəki dördüncü doğum günü bu il-mayın 24-də həm də ata-baba yurdunda-Yardımlı rayonunun Bozayran kəndində qeyd olunacaq.
Onu da qeyd edək ki, Bozayran kənd orta məktəbində Şəhidin adına sinif otağı verilib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək olsun!
Nur içində yatsın!



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az