“Oğlumla axırıncı dəfə noyabrın 25-də danışdım, səhəri gün isə Şəhid oldu..”-Evin-ailənin tək və subay oğlu, nəşi 27 noyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanan Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi-TURAN ƏLİYEVİN ANASI TÜNZALƏ ABBASOVA…

İkinci Vətən Müharibəsi zamanı Vətən yolunda canını fəda edən İgidlərimizdən, Qəhrəmanlarımızdan biri də Biləsuvarlı Turan Sulduz oğlu Əliyevdir…

Qorxmaz, Cəsur, Vətən sevdalısı Turan Sulduz oğlu…

Vətənini, Qarabağını tək anasından və tək bacısından üstün tutub, cəmi 24 yaşında Şəhadətə, Şəhidliyə yürüyən, Şəhidlik məqamına ucalan Tural Əliyev…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz…

***

Qeyd edim ki, Turan Əliyev 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Atasını çox erkən yaşlarında itirib…

Anası Tünzalə xanım ona, eləcə də hazırda ailəli-üç övlad anası olan bacısına-Türkana həm analıq, həm də atalıq edib…

Turan 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxuyub…

Orta məktəbi bitirdikdən sonra, 2013-2016-cı illərdə kollecdə (texnikumda) təhsil alıb…

Kolleci bitirdikdən sonra, 2017-2018-ci illərdə isə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib…

Əsgərlikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

2018-ci ilin fevral ayından MAXE kimi Kiçik çavuş rütbəsində xidmətini davam etdirib…

Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb…

Və bir Vətən sevdalısı kimi İkici Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu uzun çəkib, tarixi Qələbəmizədək davam edib…

Müharibənin ilk günündən son günücən döyüşlərdə iştirak edib…

Axırıncı dəfə isə anası Tünzalə xanımla noyabrın 25-də əlaqə saxlayıb, danışıb…

Və cəmi bir gün sonra, noyabrın 26-da isə Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi isə bir gün sonra, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub…

Şəhidliyindən sonra üç medalla təltif edilib…

Ancaq anası Tünzalə xanım həm də övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Turan eyni zamanda, Əsgərabadın beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

24 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.

***

Bu gün-12 iyun 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin Əsgərabaddakı ocağını, anası Tünzalə xanımı, Tünzalə Abbasovanı ziyarət etdim…

Ziyarətdə mənimlə birgə Biləsuvarlı-Zəhmətabadlı Şəhid anaları-Elçin Tağıyevin anası Ayna Tağıyeva, Nicat Qasımzadənin anası Asifə QasımovaGündüz Abdullayevin anası Sona Xudaquliyeva da iştirak edirdi…

Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Müqəddəs ruhu qarşısında baş əydiyimizi dilə gətirdim…

Bir ömür boyu Turanlara, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu söylədim…

Şəhidimizin anası ilə dərdləşdim, söhbətləşdim…

Ona az da olsa, təsəlli verməyə çalışdım…

Təsəlli verə bildimmi… deyə bilmərəm…

Etiraf edirəm ki, çox çətindir, çox çətin idi…

Çünki övlad acısının, oğul itkisinin təsəllisi olmur, olursa da, çox çətin olur…

Allah bundan sonra kimsəyə, cəmi millətimizə, xalqımıza övlad açısı yaşatmasın, heç bir evə, heç bir ocağa artıq Şəhid xəbəri, Şəhid cənazəsi gəlməsin!

Allah bir daha Şəhidimizin-Turanımızın məqamını Uca, dərgahını mübarək etsin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Məzarını cəmi 40 gün ziyarət edə bildik, sonra…”-12 İYUN 2024-CÜ İL TARİXİNDƏ ANIM GÜNÜ OLAN, ŞƏHİDLİYİNDƏN 31 İL ÖTƏN, ÜÇ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN AĞDAMLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ LOĞMAN ABBASOVUN XANIMI HƏQİQƏT ABBASOVA – FOTOLAR

Read Next

Sel Laçının Zabux və Sus kəndlərində yaşayış sahələrinə ziyan vurub, zəruri tədbirlər görülür-İKİ QURUMUN BİRGƏ MƏLUMATI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir