Evin-ailənin tək-yeganə oğlan övladı…Anası tərəfindən təkbaşına böyüdülən, 20 yaşının tamamına 3 ay qalmış Şəhid olan Nur üzlümüz-RAMAL MƏMMƏDOV… – FOTOLAR

Şəhid Ramal Məmmədov…

Qəhrəman, ulu Gəncəmizin Qəhrəman, İgid, Vətən sevdalı övladı…

İkinci Vətən Müharibəsinin iştirakçılarından, Nur üzlü Şəhidlərindən biri…

Ramal 1 yanvar 2000-ci il tarixində qədim Gəncə şəhərində-sadə bir ailədə anadan olub…

Evin, ailənin tək-yeganə oğlan övladı olub…

Uşaq vaxtlarından da anası İlhamə xanımın himayəsində yaşayıb, təkbaşına böyüyüb…

İlhamə xanım Ramala həm analıq, həm də atalıq, onun yolunda saçlarını süpürgə edib…

2007-ci ildə birinci sinfə gedən Ramal 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə, Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb…

O, 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət edib…

Bir ilinin tamamına az qalmış isə Vətənin müdafiəsinə qalxıb, 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı ön cərgələrdə döyüşən Vətən sevdalılarından olub…

Ramala komandir və zabit heyəti tərəfindən evin tək uşağı olmağı ilə əlaqədar cəbhənin ön hissəsinə getməmək məsləhət bilinsə də, ürəyi Qarabağ eşqilə döyünən 20 yaşlı Vətən sevdalısını razı sala, onu inadından döndərə bilməyiblər….

Qeyd etdiyimiz kimi, döyüşlərin ilk başladığı tarixdən ön cəbhəyə yollanıb, döyüşüb, vuruşub…

Ramalın döyüş yolu cəmi 5 gün çəksə də, o, Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib…

2020-ci il oktyabrın 1-də, 20 yaşının tamamına düz 3 ay qalmış Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Səhidlik zirvəsinə yüksəlib…

Gəncədə anadan olsa da, Ramal böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Şəhidlər Xiyabanında dəfn olunub, torpağa tapşırılıb…

Ölümündən sonra isə 3 medalla təltif olunub…

Haqqıdır, Haqqını da canını Vətəni uğrunda fəda etməklə qazanıb…

Nur içində yatsın!

***

Onu da qeyd edim ki, Şəhidimizin anası İlhamə xanımla bugünlərdə, Şəhid Sahil Rəsulovun Cənnətdəki ilk doğum günündə tanış oldum…

İlhamə xanımı başqa bir Şəhid məclisində də görmüşdüm…

Tək-yeganə övladını Vətən yolunda Şəhid verən, gözlərindən, çöhrəsindən dərd-kədər yağan İlhamə xanımla söhbətləşdim, ona bir daha başsağlığı verdim, səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik olsun” dedim…

Başqa heç nə deyə, heç bir təsəlli verə bilmədim, yenə sözlər, kəlmələr düyünlənib boğazımda qaldı…

Çünki sözlər, kəlmələr aciz idi…

Allah Şəhidimizin məzarını nurlu, məqamını Uca etsin, dərdli, yaralı Şəhid anasına isə səbr, dözüm, güvvət versin!

Neçə ki, bizlər varıq, bizlər yaşayırıq, Azərbaycanımız dimdik ayaq üstədir, Ramal da, cəmi Ramallalar da bizimlə olacaq, bizimlə yaşayacalar!

08:00, 25 iyul

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

24.07, 2021, Səfikürd, Goranboy

Etikxeber.az

Read Previous

Adəm Əliyevin Şəhidliyindən, Fariz Qurbanov, Elman Həsənov və Manaf Bəhmənlinin torpağa tapşırılmasından-10 AY KEÇİR…

Read Next

Mövqelərimiz növbəti dəfə intensiv atəşə tutuldu, ​​​​​​​İki hərbi qulluqçumuz yaralandı-KƏLBƏCƏRDƏ – GƏRGİNLİK DAVAM EDİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir