Ailənin tək oğlu, iki bacının tək qardaşı, bir orden və 5 medallı-ŞƏHİD EMİL SADIQZADƏNİN TORPAĞA TAPŞIRILMASLNDAN BİR İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Samuxlu Şəhid Emil Sadıqzadənin Anım Günüdür.

Düz bir il keçir Onun torpağa tapşırılmasından.

Bir il öncə-bu gün doğulub boya-başa çatdığı Samuxun Qovlarsarı kənd qəbiristanlığında dəfn edilib, torpağa tapşırılıb.

Etikxeber.az xəbər verir ki, 2000-ci ilin iyul ayının 22-də sadə bir ailədə dünyaya gələn Emil Sadiqzadə ailənin 3 övladından biri, 2 bacının tək qardaşı, evin sonbeşiyi olub.

Uşaqlıqdan musiqiyə, qarmona böyük həvəsi olub, həm özünün, həm də ailəsinin istəyi ilə musiqi məktəbinə, qarmon sinfinə gedib.

Sonra musiqi təhsilini davam etdirib, Gəncə Musiqi Kollecinə daxil olub və oranı bitirib.

Kolleci bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Hərbi xidmətə gedərkən can dostu qarmonunu da özü ilə aparıb, hərbi hissədə keçirilən tədbirlərdə qarmonu ilə ifadə edib, tədbirlərə rəng, şənlik qatıb.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Əsgər-Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş istehkamçısı, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

19 günlük döyüş yolu da uzun və şərəfli olub.

Murov, Kəlbəcər, Xocavənd, Füzuli Cəbrayıl istiqamətlərində şücaətlər göstərən, qəhrəmanlıqlara imza atan XTQ-çı Emil 20 yaşında, oktyabr ayının 15-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra  “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalı və digər medallarla təltif olunub.

Bu ilin iyulun 22-də, 21 yaşının tamamında, Cənnətdəki ilk ad günündə isə adını daşıyan “Şəhid Emil bulağı” xatirə kompleksinin açılışı olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Emil Sadıqzadənin məzarı ziyarət olunacaq.

Ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı kənd sakinləri, Samux, Gəncə və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

08:14

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

1 orden və 5 medallı Şəhid Emil Sadıqzadənin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ – FOTO-VİDEO

Read Next

Şəhid Elmar İbrahimovun torpağa tapşırılmasından bir il keçdi-ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir