Evin tək oğlu, tək bacının tək qardaşı və subay idi…Yeddi yaşında atasını itirdi, hərb sənətini seçdi, Aprel və Tovuz döyüşlərində iştirak etdi…İkinci Vətən Müharibəsində isə Şəhadətə qovuşdu, 5 oktyabrda Əbədiyyətə uğurlandı-SABAH MÖVLUDU, 33 YAŞI TAMAM OLAN VÜSAL DƏMİROV – FOTOLAR

İsmayıllı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Aydın oğlu Dəmirovun doğum günüdür.

Vüsal Dəmirovun sabah-10 sentyabr 2026-cı il tarixində 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Vüsal Aydın oğlu Dəmirov 1993-cü ilin 10 sentyabr tarixində İsmayıllı rayonunda dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı idi.

7 yaşında atasını itirib və həmin vaxtdan anası Nüşabə xanım onlara həm analıq, həm də atalıq edib.

Tək bacısı bir övlad anasıdır.

O, 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov  adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib.

2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub.

2009-cu ildə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub və 2012-ci ildə təhsilini başa vurub.

Təhsilini bitirdikdən sonra-2012-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu-hərb ilə bağlamaq qərarını verib.

2014-cü ildən Azərbaycan Ordusunda MAXE-çavuş, BTR sürücüsü kimi fəaliyyətə başlayıb.

Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Müdafiə naziri tərəfindən saat, medal və fəxri fərmanla təltif olunub.

Aprel və Tovuz döyüşlərində iştirak edib.

İkinci Qarabağ Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb.

Şərəfli döyüş yolu 8 gün çəkib.

Oktyabrın 4-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.

Nəşi isə oktyabrın 5-də İsmayıllı rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

27 yaşında Şəhidlik məqamına ucalan Vusal həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, ali-hərbi təhsilli, peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlılardan idi…İkinci Vətən Müharibəsində özü də, qayını da Şəhid oldu…Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə təltif edildi, iki övladı Vətənə əmanət qaldı – Əslən Ağdərəli, özü Oğuzlu, dörd övladdan biri və subay idi…Atası Birinci, qardaşı İkinci Qarabağ Savaşının iştirakçısı və veteranıydı…Özü isə Antiterror əməliyyatında Şəhadətə qovuşdu-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ADİL İBRAHİMLİ VƏ KƏNAN AĞAYEV – FOTOLAR

Read Next

İllər öncə bacısını, qardaşını və atasını itirdi…Tək bacısı ilə onu anası təkbaşına böyütdü…İkinci Vətən Müharibəsinin 3-cü günündə isə Şəhid oldu – Ailənin üç oğlan övladından biri, subay idi…Azərbaycan Ordusunun Əsgəri kimi Vətənin müdafiəsinə atıldı, ancaq həyat, döyüş yolu noyabrın 4-də yarımçıq qaldı, cəmi 19 yaşında Şuşa istiqamətində Şəhadətə qovuşdu – Tək bacının tək qardaşı idi…Atasını da illər öncə itirmişdi…Əmisi Birinci, özü isə İkinci Qarabağ Savaşında, Şuşanın azad olunduğu gün Şəhidlik məqamına ucaldı-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİ OLAN SİNAN MƏMMƏDOV, MURAD YUNUSOV VƏ AĞACAN RƏSULOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir