Evin tək-subay oğlu, nəşi 61 gündən sonra torpağa tapşırılan-SƏİD ƏDİLOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün, 3 dekabr tarixi Bərdənin Cəyirli kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, evin iki övladından biri, ailənin tək və subay oğlu Səid Həsən oğlu Ədilovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

Düz bir il öncə, 3 dekabr tarixində Şəhidin nəşi Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, 1994-cü ilin noyabın 5-də Bərdənin Cəyirli kəndində-sadə bir ailədə dünyaya gələn Səid Ədilov İkinci Vətən Müharibəsinin ilk günlərində, oktyabrın 2-də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və elə həmin gün, 3 dekabr 2020-ci il tarixində Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra medallarla təltif edilib.

Səid həm də subay olub.

Bu ilin noyabr ayının 5-də, Cənnətdəki ilk ad günündə isə Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Ziyarətdə Səid Ədilovun ailə üzvləri-anası Əzizə xanım, atası Həsən kişi, bacısı Nərmin xanım, Şəhidin yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Allah məkanını cənnətlik etsin, ailəsinə səbr versin!

00:02

***

Bu gün səhər saatlarında Şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bərdədən olan Şəhid ailələri, din xadimləri, hərbçilər, Qazilər və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Bir saatdan çox davam edən ziyarətdən sonra Şəhidin yaşadığı evdə anım mərasimi keçirilib, adına ehsan verilib.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Cəyirli kənd sakinləri, Bərdədən, Bakıdan, Qubadan, Kürdəmirdən, Mingəçevirdən, Ağdamdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, o cümlədən Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

Mərasim iştirakçıları Şəhidin ailə üzvlərinə başsağlığı verib, onlara Allahdan səbr diləyiblər.

Eyni zamanda, mərasimdə Şəhidin ruhuna dualar oxunub.

Anım mərasimi 4 saatdan çox çəkib.

16:40

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ANIM MƏRASİMİ…

***

ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ…ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİD ANALARI…QAZİLƏR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xocavənddə Azərbaycan hərbçisi ona hücum edən erməni əsilli şəxsi-ZƏRƏRSİZLƏŞDİRDİ

Read Next

“Övladlarımız, Şəhidlərimiz ölməyiblər, quş kimi uçub gediblər…”- ŞƏHİD VÜSAL HƏSƏNOVUN ANASI MƏRİFƏT XANIM…- – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir