Evra qayıtdı, Kalyexon imtina etdi…

İngiltərənin “Mançester Yunayted” klubu sabiq futbolçusu Patris Evranı geri qaytarıb. 

Etikxeber.az  məlumat verir ki, 38 yaşlı keçmiş müdafiəçi bu klubun gənclərdən ibarət komandasında baş məşqçi Nil Rayanın köməkçisi kimi fəaliyyətə başlayıb.

Fransa yığmasında 80-dən çox oyun keçirmiş Evra “Mançester Yunayted”də 2006-2014-cü illər aralığında forma geyinib.

MY-dən ayrıldıqdan sonra “Yuventus”la Marsel “Olimpik”ində də çıxış edən Patrisin son klubu “Vest Hem” olub.

Eyni zamanda, İtaliyanın “Napoli”nin yarımmüdafiəçisi Xose Kalyexon klubla müqaviləsinin müddətini uzatmaqdan imtina edib.

Bu barədə futbolçunun meneceri Xose Mariya Kilon İtaliya mətbuatına açıqlamasında məlumat verib:

“O, yeni müqavilə bağlaya bilər. Amma hazırda bu barədə düşünmək istəmirik. Klub rəhbərliyi ilə yenidən danışmalıyıq. Onlar bizə öz təkliflərini bildiriblər. Sadəcə, həmin təklif bizi qane etməyib”.

Qeyd edək ki, Kalyexon 2013-cü ildə Madrid “Real”ından “Napoli”yə gəlib. “Real”ın yetirməsi olan 32 yaşlı ispaniyalı forvard 3 il “Espanyol”da da forma geyinib.

Onun “Napoli” ilə mövcud müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq.

Etikxeber.az

Read Previous

Türkiyədə qanlı terrakt – 4 NƏFƏR ŞƏHİD OLDU, 13 NƏFƏR YARALANDI – FOTO – YENİLƏNİB

Read Next

MİLLƏT MƏKTƏBİNİN KÖHNƏLMƏZ DƏRSLİYİ – Akademik yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir