“Ey Ərəb Liqası, niyə bunları görmürsünüz?” – ƏRDOĞAN BAKIDAN SƏSLƏNDİ

Rəhbərlik ediyim AKP-də kürd milliyyətindən olan 50 millət vəkili var.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ana müxalifət”də nə qədərdir bilmirəm, digər parlament patiyalarında nə qədərdir, onları da bilmirəm. Bizim partiyamızda 50 kürd millət vəkili var. Biz türk-kürd ayırımı etmədik və etmirik. Biz yaradılanı Yaradandan ötrü sevirik”-deyə, o, sözlərinə əlavə edib.

“Barış pınarı” ilə bağlı Ərdoğan deyib ki, onlar terrorla və terror təşkilatları ilə mücadilə edirlər:

“Biz bir dövlətik. Bizim qarşımızda terror təşkilatları var. Terror təşkilatları ilə savaşmazlar, mücadilə edərlər”.

Ərdoğan heç nəyə, heç bir təhdidə fikir vermədən anterror əməliyyatına axrıcan davam edəcəklərini və əməliyyatı uğurla başa çatdıracaqlarını söyləyib.

O, sonra Ərəb Liqasına səslənib:

“Ey Ərəb Liqası. Bu gün Türkiyə torpaqlarında 3 milyon 600 min suriyalı qaçqın var. Onlar bombardmanlardan qaçıb Türkiyəyə sığınıblar. Niyə bunları görmürsünüz?”.

Etikxeber.az

Read Previous

“Bir-birimizi çoxdan tanıyırıq və… ” – PREZİDENT – YENİLƏNİB

Read Next

Ərdoğan gəldi və ƏLİYEVLƏ GÖRÜŞDÜ – FOTO – YENİLƏNİB- (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir