Eyni komitənin üzvü və dost olan yeni komitə sədrləri…

Ölkə prezidenti İlham Əliyevin  son sərəncamları ilə yeni hökumətdə yer alan iki komitə sədri eyni zamanda, parlamentdə eyni komitədə təmsil olunublar.

Onları həm də ailəvi dostluq münasibətləri birləşdirir.

Etikxeber.az-ın xəbərinə görə, bunlar Milli Məclisin (MM) Gənclər və idman komitəsin sədri vəzifəsindən Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə irəli çəkilən Fuad Muradovla A zərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevdir.

Qeyd edək ki, uzun illərdir dostluq edən millət vəkilləri eyni komitədə-parlamentin Gənclər və idman komitəsində təmsil olunublar: Muradov sədr kimi, Rzayev sıravi üzv kimi.

Eyni zamanda, Muradovla Rzayev MM-in bir neçə ölkə ilə parlamentlərarası dostluq qruplarında, həmçinin, “Avronset” Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətində  və Avropa İttifaqı-MM Əməkdaşlıq Komitəsində bir yerdə fəaliyyət göstəriblər.

Onlar bir çox yerli, regional və beynəlxalq səfərlərdə də mütəmadi olaraq bir yerdə olublar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Deputatların sayı 125-dən 119-da düşdü…

Read Next

Bu hesabatda heç bir hüquqi əsas yoxdur – SAHİBƏ QAFAROVADAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir