Fədayə Laçın azadlığa çıxdı…

Bakıda məhbusların qaçmasına görə həbs edilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə APA-ya müğənni özü bildirib.

O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib.

Qeyd edək ki, müğənni 2017-ci ildə “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Etikxeber.az

Read Previous

“Qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır” – ƏLİYEVDƏN ƏRDOĞANA TƏBRİK

Read Next

“Bəzi ölkələr bir-biri ilə yola getmir…” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir