“Fənər”, “Qranada”, “Vilyarreal”, “Nitsa”, “İnter” sevincli… – NƏTİCƏLƏR – FOTOLAR – YENİLƏNİB

İspaniya La Liqasında V tur davam edir.

Etikxeber.az-ın məlumatına görə, tur çərçivəsində 4 oyun keçirilib.

Günün iki matçı qolsuz bitib. “Levante” “Eybar”la, “Atletiko” “Selta”yla heç-heçə edib.

“Vilyarreal” iki cavabsız qolla “Valyadolid”ə qalib gəlib. “Barselona” isə səfərdə “Qranada”ya uduzub.

Qeyd edək ki, tura sentyabrın 22-də yekun vurulacaq.

İspaniya La Liqası

V tur

21 sentyabr

“Levante” – “Eybar” – 0:0
“Vilyarreal” – “Valyadolid” – 2:0
Kazorla, 78 (pen.), Ontiveros, 89
“Atletiko” – “Selta” – 0:0
“Qranada” – “Barselona” – 2:0
Azez, 2, Vadilyo, 66 (pen).

barsa-1

Fransa Liqa1-də də VI tur davam edir.

Tur çərçivəsində 6 oyun keçirilib.

“Amyen” “Mets”i, “Nitsa” “Dijon”u eyni – 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. “Nim” isə “Tuluza”nı bir qolla üstələyib.

Günün üç matçı bərabərliklə bitib. “Marsel” “Monpelye” ilə, “Reyms” “Monako” ilə, “Bordo” “Brest”lə heç-heçə edib.

Qeyd edək ki, tura sentyabrın 22-də yekun vurulacaq.

***

Həmçinin İtaliya A Seriyasında 4-cü turun növbəti oyunları keçirilib.

Turun mərkəzi qarşılaşması “San Siro” stadionunda keçirilib. “Derby della Madonina” adlanan derbidə “Milan” klubu “İnter” komandasını qəbul edib.

Görüş 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Birinci hissədə qapılara qol vurulmasa da, fasilədən sonra “neradzura” ardıcıl iki dəfə fərqlənərək meydandan qalib ayrılıb. Marselo Brozoviç və Romelu Lukaku adların tabloya yazdırıblar.

Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “İnter” turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Milan” isə 6 xalla 7-ci yerdədir.

Hər iki klubun əzəli rəqibi “Yuventus” isə doğma meydanda “Hellas Verona” klubunu qəbul edib. Görüş turinlilərin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. “Qoca sinyora”nın heyətində 31-ci dəqiqədə Aron Remzi və 49-cu dəqiqədə isə Kriştiano Ronaldo, qonaq komandadan isə 20-ci dəqiqədə Miquel Veloso fərqləniblər.

Günün digər oyunlarında “Kalyari” öz meydanında “Genoa”nı (3:1), “Breşia” isə səfərdə “Udineze” klubunu məğlub edib (0:1).

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-də oynanılacaq.

Eyni zamanda, futbol üzrə Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Ankaragücü”nü qəbul edib.

“Şükrü Saracoğlu” stadionunda baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Hesabı görüşün 16-cı dəqiqəsində paytaxt təmsilçiləri açıb. Dever Orcil çərçivəni dəqiq nişan alıb. Lakin cəmi 4 dəqiqə sonra istanbulluların müdafiəçisi Matias Jorgensen hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib. İkinci hissənin 73-cü dəqiqəsində meydan sahiblərinin yeni transferi Vedat Muruqi komandasının qələbə topunu vurub. Beləliklə “Fənərbağça” doğma meydanda “Ankaragücü”nü 2:1 hesabı ilə məğlub edib.

Turun digər oyununda “Kasımpaşa” klubu “Antalyaspor”un qapısından 3 cavabsız top keçirib. “Kayserispor” isə doğma meydanda “Dənizlispor”la heç-heçə edib – 1:1.

Bu oyundan sonra “Fənərbağça” çempionatda 10 xalla 2-ci pillədə qərarlaşıb.

Turun digər qarşılaşmaları sentyabrın 22 və 23-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Abe Tramp və Ruhani ilə bir araya gələcək

Read Next

Qar yağır – QUBANIN XINALIQ VƏ QIRIZ KƏNDLƏRİNƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir