Fərid Mansurov yeni vəzifəyə təyin olundu

Olimpiya və dünya çempionu, sabiq güləşçi Fərid Mansurov yeni vəzifəyə təyin olunub.

Etikxeber.az saytının məlumatına görə, Afina Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Gənclər və İdman Nazirliyində fəaliyyət göstərəcək.

Mansurov nazirliyin idman şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumatı Etikxeber.az-a təsdiqləyib.

Qeyd edək ki, Mirkamil Rəhimovun dünyasını dəyişməsindən sonra idman şöbəsinin müdiri vəzifəsi vakant idi.

Etikxeber.az

Read Previous

“Banka küllü miqdarda borcum var”- İntihara cəhd edən şəxs

Read Next

Eldəniz Səlimov xaçmazlılara səsləndi: “Dəyişikliklərə “hə” deməyə çağırıram” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir