Fərid Qayıbov AGF-dən getdi – İSTEFA

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib.

Etikxeber.az xəbər verir ki, F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.

AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. F.Qayıbov iclasa qədər bu vəzifəni icra edəcək.

Xatırladaq ki, dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçirilən 27-ci hesabat-seçki konqresində AGF-nin baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

2013-cü ildə UEG-in vitse-prezidenti seçilən F.Qayıbov son dörd il ərzində həmin vəzifədə çalışıb. O, növbəti dörd il ərzində isə fəaliyyətinə gimnastikanın səkkiz növü daxil olan UEG-ə rəhbərlik edəcək. F.Qayıbov UEG-in prezidenti seçilməklə həm də Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub.

Etikxeber.az

Read Previous

“Bizim gücümüzlə bu işin öhdəsindən gəlmək cox cətindir…” – NİGAR QULİYEVA – FOTOLAR

Read Next

“Çətin vəziyyətdə qalan bir qadına sevinc bəxş etməkdən gözəl nə ola bilər…” – DEPUTAT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir