“Fətullah”la “Gülən”in atası valilikdən geri çağırıldı…

Türkiyənin bir sıra bölgələrinin valililəri ya bir-biri ilə əvəzlənib, ya da mərkəzə-geriyə çağırılıb-sərəncama göndərilib.

Etikxeber.az-ın xəbərinə görə, mərkəzə çağırılan-sərəncama göndərilən valilər arasında daha çox 3 valinin ismi diqqət çəkib.

Bunlar Sakarya valisi, bir sıra qalmaqalları ilə tanınan Hüseyin Avni Çoş, Samsun valisi- TRT-nin keçmiş genəl başqanı İbrahim Şahin və Tokat valisi Cövdət Candır.

Qeyd edək ki, Tokat valisi də  övladlarına Fətullah Gülənin şərəfinə “Fətullah” və “Gülən” isimləri verməsi ilə daha çox gündəmə gəlib.

O, bunu həmin adların dini adlar olması səbəbilə övladlarına qoyduğunu desə də, əksəriyyət bunun kökündə Fətullah Gülənə olan simpatiyanın dayandığı iddia edir.

Onu da qeyd edək ki, valilərin bir-biri ilə əvəzlənməsi və ya geri çağırılması “Valillər Qərarnaməsi” ilə reallaşdırılıb.

Etikxeber.az

Read Previous

“Bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcəyik…” – ƏLİYEV – FOTO -YENİLƏNİB

Read Next

Ziyafət Əsgərov Serbiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir