“Fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var”

“Mən hesab edirəm ki, insan öz əqidəsini elan kimi divardan asmamalıdır. Məhərrəm Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o, heç vaxt yaltaq və ikiüzlü olmayıb, o vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda göz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdı”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Adil Əliyev qardaşı, general Məhərrəm Əliyev haqda deyib.

adil-maharram

Onun sözlərinə görə, M. Əliyev vaxtında Ulu Öndər Həydər Əliyevin silahdaşı olub, bu gün də Prezident İlham Əliyevin sadiq generallarından biridir.

“Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub- olmamasından asılı olmayaraq, o, prezident İlham Əliyeve, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə heç vaxt onu əqidəsindən döndərə bilməz.

Mən fəxr edirəm ki, Məhərrəm Əliyev kimi böyük qardaşım var.

Allah böyüklərimizi qorusun!”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“The New Times”-in kağız versiyasının nəşri dayandırılır…

Read Next

London terraktında xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir