Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Qaracala qəsəbəsi və Arxarası kəndinin sakinləri ilə görüş keçirdi.
Etikxeber.az xəbər verir ki, namizədin vəkili Emin Bayramov Fəzail Ağamalının bioqrafiyasını görüş iştirakçılarının diqqətinə çatdırdı.
Kənd sakinlərindən Ramil Zeynalov, Gulnaz Səfərova, Fazil Kolanı, Sahmurad Mənsimov, Adilə Həşimova, ağsaqqallardan Qulu Novruzov və Hacı Məmməd Hüseynov çıxışlarında Fəzail Ağamalı haqqında ürək sözlərini dedilər və ona uğurlar arzuladılar.
Fəzail Ağamalı çıxışında xalqımızın ərazi bütövlüyümüz və müstəilliyimiz uğrunda apardığı mübarizəni, 90-cı illərin əvvələrində ölkəmizin üzləşdiyi ağır durumu, istiqlalımızın və milli dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı faciəli günləri, eks-prezident Heydər Əliyevin xalqımızın təkidli tələbi və iradəsilə siyasi hakimiyyətə gəlməsinin zəruriliyini, onun dövlət quruculuğu sahəsində həyata keçirdiyi çoxşaxəli və titanik fəaliyyəti konkret faktlarla önə çəkdi.
2003-cü ildə ölkə prezidenti seçilən cənab İlham Əliyevin son 16 ildə dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri və ölkəmizin əldə etdiyi əhəmiyyətli uğurların üzərində dayandı.
Seçicilər birmənalı olaraq qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini bəyan etdilər.
Görüşdən sonra Fəzail Ağamalı şəhid Həmzəyev Kərəm Barı oğlunun həyat yoldaşı İbrahimova Amilə Mənəf qızını ziyarət etdi.
Etikxeber.az