Fələstinli yazıcı Milli Məclisdə babasından və təhsildən söz açdı…

Dünyada təhlükələrdən, ekstremizmdən qorunmağın yolu təhsildir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən fələstinli yazıçı-vəkil Çaker Xazzal deyib.

O, özünün fələstinli olduğunu, qaçqınlar düşərgəsində dünyaya göz açdığını bildirib və vaxtı ilə babasının ona dediklərini, öyüdünü xatırladıb.

“Mən fələstinliyəm, qaçqınlar üçün salınmış düşərgədə dünyaya gəlmişəm. Babam hər zaman deydərdi ki, həyatda hər şeyiniz əliniz alnsa belə, öz qətiyyətli addımlarınız sayəsində çox şeylərə nail ola bilərsiz.

Əvvəl mən babamın dediklərini anlaya bilmirdim, çünki uşaq idim. Amma böyüyəndən sonra babaımın dediklərini anladım və bildim ki, həyatda çox şeyə, uğura nail olmağın yolu təhsildən keçirmiş.

Və mən təhsil almaq dalınca Kanadaya getdim və təhsillə Kanadadan da dünyaya çıxdım.  Ona görə hesab edirəm ki, inkişafın, tərəqqinin, ekstremizmdən, təhlükələrdən qorunmağın yolu məhz təhsildən keçir. Bir sözlə, təhsil gələcəyin, inkişafın pasportudur”-deyə, Ç. Xazzal sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sülhə aparan yol budur…” – LEYLA ƏLİYEVADAN RUSİYALI QADINLARA CAVAB

Read Next

Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı bu gün başa çatır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir